"Əl-Qaidə"nin Yəmən qolunun lideri ölüb

A- A A+

"Əl-Qaidə"nin Yəmən qolunun lideri Xalid əl-Batarfi ölüb.

NUHÇIXAN "Associated Press"ə istinadən xəbər verir ki, bu barədə terror qruplaşması açıqlama yayıb.

Onun ölüm səbəbi açıqlanmayıb.

Əl-Batarfi "Əl-Qaidə"nin Ərəbistan yarımadasında fəaliyyət göstərən qoluna rəhbərlik edib. AQAP qısaltması ilə tanınan qrup "Əl-Qaidə"nin hələ də fəaliyyət göstərən ən təhlükəli qolu hesab olunurdu.

Xalid əl-Batarfi Ərəbistan yarımadasındakı "Əl-Qaidə" qruplaşmasına illərlə rəhbərlik etdiyinə görə ABŞ hökuməti onun başına 5 milyon dollar mükafat qoymuşdu.

"Əl-Qaidə" əl-Batarfinin kəfənə və "Əl-Qaidə"nin ağ-qara bayrağına büründüyünü göstərən video yayımlayıb.

Onun üzündə heç bir travma izi görünməyib. Əl-Batarfinin 40 yaşlarında olduğu güman edilirdi.

Açıqlamada Saad bin Atef əl-Avlakinin qrupun yeni lideri olacağı qeyd olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: