NATO nüvə silahına malik olan alyans ölkələrinin sayını artırmaq niyyətində deyil.
NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə İsveçin alyansa qoşulması ilə əlaqədar qərargahda bu ölkənin bayrağının qaldırılması mərasimi ərəfəsində keçirdiyi mətbuat konfransında deyib.
“Bizim nüvə silahının olduğu NATO ölkələrinin sayını artırmaq planımız yoxdur”, - o vurğulayıb.