HƏMAS hərəkatı ilə İsrail arasında qarşıdurmanın başladığı oktyabrın 7-dən bəri Qəzza zolağında həlak olanların sayı 31 min 112 nəfərə, yaralıların sayı isə 72 min 760 nəfərə çatıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Qəzza sektorunun Səhiyyə Nazirliyinin məlumatında deyilir. Məlumata görə, ramazan ayının ilk günündə İsrailin döyüş təyyarələri Qəzzanın müxtəlif bölgələrinə hava hücumlarını davam etdirib.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb. Noyabrın 24-də Misir və Qətərin vasitəçiliyi ilə HƏMAS və İsrail arasında humanitar atəşkəs əldə olunub. Dekabrın 1-də İsrail ordusu HƏMAS-ı atəşkəsi pozmaqda ittiham edərək Qəzzada hərbi əməliyyatları yenidən bərpa edib.