Netanyahu HAMAS-ın “dördüncü” şəxsinin öldürüldüyünü açıqlayıb

A- A A+

İsrail Baş naziri Benyamin Netanyahu HAMAS-ın “dördüncü” şəxsinin öldürüldüyünü açıqlayıb.

NUHÇIXAN "Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İsrail hökumət başçısı video-bəyanatında bildirib.

Netanyahunun bəhs etdiyi “dördüncü şəxs”inin HAMAS-ın siyasi liderinin müavini Saleh əl-Aruri olduğu bildirilir.

İsrailin Baş naziri Netanyahu tezliklə HAMAS-ın digər yüksək səviyyəli komandirlərinə də sıranın çatacağına söz verib.

“Biz tam qələbəyə doğru gedirik. Bu qələbəyə gedən yolda biz artıq HAMAS-ın “dördüncü” şəxsini aradan qaldırdıq. Üç, iki və bir yoldadır. Onların hamısı ölü adamlardır”, - Netanyahu deyib.

Qeyd edək ki, Əl-Aruri yanvarın əvvəlində Beyruta endirilən hava hücumunda öldürülüb, lakin, İsrail heç vaxt hücuma görə məsuliyyəti rəsmi olaraq üzərinə götürməyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: