Korsikanın yerli hökuməti adanın gələcəyinə dair qanun layihəsini müzakirə edib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Jerar Darmanin bildirib. Nazir qeyd edib ki, qanun layihəsində adanın Fransa daxilində muxtariyyəti tanınır. Layihə növbəti mərhələdə müzakirə üçün Korsika Milli Assambleyasına təqdim edilməlidir.
Bununla belə, nazir bildirib ki, layihədə heç bir halda adanın Fransadan ayrılmasından söhbət getmir. Sənəddə “Korsika xalqı” deyil, “mədəni icma” termini yer alır.
Qanun Korsikanın yerli parlamentində qəbul edildikdən sonra Fransa parlamentinin hər 2 palatasında təsdiq olunmalıdır.