Haitinin Baş naziri Ariel Anri ölkədə həftələrdir artan təzyiqlərdən və davam edən zorakılıqdan sonra istefa verməyə razılaşıb.
NUHÇIXAN BBC telekanalına istinadla xəbər verir ki, Karib Ölkələri Birliyinin sədri və Qayana Prezidenti Məhəmməd İrfan Əli bu barədə Yamaykanın paytaxtı Kingstonda keçirilən regional liderlərin görüşündən sonra deyib. Onun sözlərinə görə, Ariel Anrinin istefası keçid şurasının qurulmasından və müvəqqəti baş nazirin təyin olunmasından sonra qəbul ediləcək.
Ariel Anri 2021-ci ilin iyulundan Haiti prezidentinə sui-qəsddən sonra hakimiyyəti ələ keçirib. O, əvvəlcə təhlükəsizliyin bərpa edilməli olduğunu bəhanə gətirərək seçkiləri dəfələrlə təxirə salıb. Beləliklə, Haitidə 2016-cı ildən bəri seçki keçirilməyib.