Ermənistanın paytaxtı İrəvanda Bələdiyyə Şurasının binası qarşısında etiraz aksiyası keçirilir.
NUHÇIXAN Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu gün qurum mərkəzi şəhərdə ictimai nəqliyyatda gediş haqqının artırılması məsələsini müzakirə edəcək.
Aksiya iştirakçıları buna etirazlarını bildiriblər. İrəvanın keçmiş meri Ayk Marutyan deyib ki, qiymətlərin bahalaşması tamamilə qanunsuzdur. O, Bələdiyyə Şurasının binasına daxil olmaq istəsə də polis buna imkan verməyib.
Qurumdan isə bildirilib ki, yeni qaydalara görə, vətəndaşlar istənilən paketi almaqla İrəvanda bütün növ ictimai nəqliyyatdan istifadə edə biləcəklər. Tələbələr və ya əhalinin xüsusi qrupları endirimli qiymətlərdən yararlanacaqlar. Qərar 2024-cü il sentyabrın 1-dən qüvvəyə minəcək.