Ermənistanın baş naziri Nikol Paşinyan avqust ayında Rusiya sərhədçilərinin İrəvanda Zvartnots aeroportnu tərk edəcəyini bəyan edib.
NUHÇIXAN-ın TASS-a istinadən verdiyi məlumata əsasən, N.Paşinyanın sözlərinə görə, bu siyasi deyil, işgüzar prosesdir.
"Biz Rusiya tərəfi qəbul edilən qərarla bağlı məlumatlandırmışıq. Avqustun 1-dən Zvartnots aeroportunda erməni sərhədçilər fəaliyyətə başlayacaq", - N.Paşinyan deyib.