Azərbaycanın işğal edilmiş ərazilərində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrindən birində hərbi qulluqçuların narkotik qəbul etdiyi məlum olub.
NUHÇIXAN erməni KİV-lərinə istinadla xəbər verir ki, tank əleyhinə taborun taqım komandiri Abraham Maroxyan narkotik maddəni başqa bir zabitə satarkən yaxalanıb.
Araşdırma zamanı məlum olub ki, A.Maroxyan özü də uzun müddətdir narkotik maddə aludəçisidir.
Faktla bağlı cinayət işi açılıb və zabitin tərxis olunması barədə vəsatət qaldırılıb.