Rusiya Ermənistanın KTMT-yə üzvlüyü ilə bağlı vəziyyəti aydınlaşdıracaq

A- A A+

Rusiya Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü ilə bağlı vəziyyəti aydınlaşdıracaq.

NUHÇIXAN-ın məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Moskva İrəvanla təmasları davam etdirəcək və onun KTMT-yə üzvlüyü ilə bağlı vəziyyəti aydınlaşdıracaq.

"Əlbəttə, biz bu bəyanatları eşitmişik. Təbii ki, hələ çox iş var. Bizə həm KTMT çərçivəsində, həm də erməni tərəfdaşlarımızla ikitərəfli səviyyədə təmaslar lazımdır. Biz Ermənistan baş nazirinin bəyanatlarına uyğun olaraq aydınlaşdırıb danışacağıq”, - deyə Rusiya Prezidentinin mətbuat katibi qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: