Türkiyə lideri: Vaxtilə bizə müdafiə sənayəsi məhsulları satanlar indi bizdən silah istəyirlər

A- A A+

Vaxtilə Türkiyəyə müdafiə sənayəsi məhsulları satanlar indi bizim silahlarımızdan istəyirlər.

NUHÇIXAN xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şırnak şəhərindəki mitinqdə çıxışı zamanı deyib.

O bildirib ki, bəzi güclər uzun illər Türkiyəyə bazar, Türkiyədəki insanlara isə ucuz işçi qüvvəsi kimi yanaşıblar: “İndi onlar bizim bazarımıza çevrilib. Yəni oyunu tərsinə çevirdik”.

R.T.Ərdoğan söyləyib ki, ölkə daxilindəki həmrəylik qorunarsa, Türkiyə indi sahib olduqlarından daha çoxuna sahib ola bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: