İrəvanın rusiyalı sərhədçiləri “Zvartnots” hava limanından çıxarmaq qərarı çətin ki, Ermənistanın təhlükəsizlik maraqlarına cavab versin.
NUHÇIXAN-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Sözügedən açıqlama rəsmi İrəvanın bir sıra qeyri-dost addımları və bəyanatları fonunda Ermənistan tərəfindən verilib. Çətin ki, belə bir təşəbbüs Ermənistanın və onun vətəndaşlarının təhlükəsizlik maraqlarına cavab versin”, - M.Zaxarova bildirib.
O qeyd edib ki, Moskva Ermənistan rəhbərliyinin bu mövzu ilə bağlı şərhlərini görüb: “Anladığımız kimi, müvafiq bildiriş idarə xətti ilə göndərilib, lakin diplomatik kanallarla bizə heç nə daxil olmayıb. Biz düşünürük ki, bütün qərarlar idarələrarası danışıqların nəticələrinə əsasən veriləcək”.