ABŞ Federal Aviasiya İnzibatçılığı (FAA) pilotsuz uçan cihazları ayırd edəcək sistem yaradılması layihəsinin icrasına başlayıb.
NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, hazırda maksimim 24,9 kiloluq kommersiya dronlarını maksimum 121 metr yüksəklikdə, yerüstü operatorun görüntü məsafəsində uçurtmağa icazə verilir.
Bununla belə, dəqiq izlənmə texnologiyaları mövcud olmadığından ölkənin ərazisinin böyük hissəsində FAA və polis kommersiya dronlarından istifadə üçün təhlükəsizlik baxımdan icazə vermir. Gələcəkdə dronların kommersiya məqsədilə istifadəsini daha da genişləndirmək məqsədi daşıyan layihə çərçivəsində yeni qaydaların yaxın iki ilədək təsdiq olunacağı gözlənilir.