Kursk vilayətinin Tyotkino qəsəbəsində Ukrayna diversiya-kəşfiyyat qrupu ilə Rusiya Milli Qvardiyası (Rosqvardiya), Silahlı Qüvvələri və Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının hərbçiləri arasında döyüşlər gedir.
NUHÇIXAN xəbər verir ki, bu barədə Rosqvardiyanın mətbuat xidməti məlumat yayıb.
Regionun qubernatoru Roman Starovoyt əhaliyə müraciət edərək diqqətli olmağa, şübhəli şəxslər, sahibsiz əşyalar barədə məlumat verməyə çağırıb.
Eyni zamanda, qubernator bölgədə PUA təhlükəsi olduğunu, hava hücumundan müdafiə qüvvələrinin hazırlıq vəziyyətinə gətirildiyini bildirib.