Blinken: ABŞ, İsrail, Qətər və Misir HƏMAS-ın təklifi fonunda məsləhətləşmələr aparır

A- A A+

ABŞ hakimiyyəti İsrail, Qətər və Misirlə məsləhətləşmələr aparır, Fələstinin radikal HƏMAS hərəkatının təklifi fonunda atəşkəs və girovların qaytarılması ehtimalı ilə bağlı qalan mübahisəli məsələləri həll etməyə çalışır.

NUHÇIXAN-ın məlumatına görə, bunu ABŞ-nin dövlət katibi Antoni Blinken Vyanaya səfərinin yekunları üzrə Avstriyanın xarici işlər naziri Aleksander Şallenberqlə birgə mətbuat konfransında çıxış edərkən deyib.

"Girovlarla bağlı məsələ, bəli, HƏMAS-dan daha əvvəl cavab verilmişdi. Mən bunun nədən ibarət olduğunu, əlbəttə, təfərrüatı ilə izah edə bilmərəm. Amma deyə bilərəm ki, biz qalan fikir ayrılıqlarını həll etmək və razılığa gəlmək üçün İsrail, Qətər və Misirlə fəal işləyirik”, - Amerikanın xarici siyasət idarəsinin rəhbəri bildirib.

"Hazırda məsləhətləşmələr aparırıq. Əminəm ki, onlar yaxın günlərdə də davam edəcək. İsrail bu məqsədlə danışıqlar aparmaq üçün qrup göndərib. Düşünürəm ki, bu, razılığa gəlmək, atəşkəsi təmin etmək, girovları geri qaytarmaq, humanitar yardımın çatdırılmasının həcmini daha da artırmaq mümkün və təcili olduğunu başa düşməyi əks etdirir. Biz buna sadiqik və buna nail olmaq üçün lazım olan qədər çalışacağıq", - Blinken deyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: