ABŞ Şimali Koreyanın həyata keçirdiyi ballistik raket buraxılışını pisləyir.
NUHÇIXAN xəbər verir ki, bu barədə Dövlət Departamentinin nümayəndəsi məlumat verib.
“Bu, BMT Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrinin pozulmasıdır. Bununla Şimali Koreya qonşularını təhdid edir, regional təhlükəsizliyi pozur”, - deyə diplomat qeyd edib.
“Biz diplomatik yanaşmaya sadiq qalırıq və Şimali Koreyanı dialoqa təşviq edirik”, - deyə o əlavə edib.