Yaponiya Aya iki astronavt göndərmək niyyətindədir

A- A A+

Yaponiya Amerikanın “Artemida” kosmik proqramı çərçivəsində 2028-ci ildən sonra Aya iki astronavtı göndərmək niyyətindədir.

NUHÇIXAN “Yomiuri” nəşrinə istinadla xəbər verir ki, müvafiq razılaşma Yaponiyanın Baş naziri Fumio Kişida ilə ABŞ Prezidenti Co Bayden arasında aprelin 10-da Vaşinqtonda planlaşdırılan görüşdən sonra rəsmiləşdirilə bilər.

ABŞ “Artemida” proqramı çərçivəsində 2026-cı ildə Amerika astronavtlarını Aya endirməyi planlaşdırır. 2028-ci ildən bu cür ekspedisiyaların mütəmadi olaraq həyata keçirilməsi gözlənilir. Əvvəlcədən razılığa əsasən, Yaponiyanın iki nümayəndəsi bu proqramda iştirak etməlidir.

Qeyd edək ki, 2019-cu il ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) üç mərhələdən ibarət “Artemida” proqramı həyata keçirir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: