İsrail Müdafiə Ordusu HƏMAS-ın “təhlükəsizlik xidmətinin rəisi”ni öldürüb

A- A A+

İsrail Müdafiə Ordusu Qəzza zolağında “Şifa” xəstəxanasında keçirdiyi xüsusi əməliyyat nəticəsində HƏMAS-ın “təhlükəsizlik xidmətinin rəisi” Faik Mabxuxu ölüb.

NUHÇIXAN xəbər verir ki, məlumatı “newsru.co.il” yayıb.

Bildirilib ki, tapşırıq onun ələ keçirilməsi olub, ancaq “rəis” atışmada ölüb.

Məlumata görə, Mabxux başqa işlərlə yanaşı Qəzza zolağında HƏMAS-ın fəaliyyətini əlaqələndirirmiş.

O, HƏMAS-ın koordinatoru, 2010-cu ilin yanvarında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində MOSAD əməkdaşları tərəfindən öldürülmüş Mahmud Mabxuxun kiçik qardaşı idi. Faik Mabxux terror fəaliyyətinə görə, 15 il həbsdə yatdıqdan sonra Qəzzaya qayıdıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: