İraqın Süleymaniyyə şəhərində terror təşkilatı PKK/KCK-nın sözdə liderlərindən biri - Rojda Bilen zərərsizləşdirilib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
R.Bilenin İran sərhədindəki Pencevin bölgəsində fəaliyyət göstərdiyi müəyyən edilib.
Məlumatda Bilenin gəncləri terror təşkilatına təşviq etdiyi, onları ideoloji təbliğatla manipulyasiya etdiyi vurğulanıb.