Peskov: Kreml NATO-nun Cənubi Qafqazdakı fəaliyyətini izləyir

A- A A+

Kreml NATO-nun Cənubi Qafqazda artan fəallığını diqqətlə izləyir.

NUHÇIXAN xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov NATO-nun Baş katibi Yens Stoltenberqin Cənubi Qafqaza səfərinə münasibət bildirərkən deyib.

“Əlbəttə, diqqətlə izləyirik, lakin biz diqqəti ikitərəfli əlaqələrimizə və ölkəmizin region ölkələri ilə olan əməkdaşlıq vasitələrinə yönəltmək niyyətindəyik”, - Peskov bildirib.

Onun sözlərinə görə, NATO-nun öz təsirini və mövcudluğunu genişləndirmək cəhdləri regionda vəziyyətə sabitlik qazandırmaz: “Biz NATO-nun Qafqazda öz mövcudluğunu möhkəmləndirmək istəyini yaxşı başa düşürük və necə deyərlər, adi gözlə görünür”.

Qeyd edək ki, Yens Stoltenberq Azərbaycana martın 17-də, Gürcüstana martın 18-də, Ermənistana isə martın 19-da səfər edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: