Moskva vilayətində “Krokus siti holl”da baş vermiş terror aktında ölənlərin sayı 70-ə çatıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə hakimiyyətə yaxın “Shot” teleqram kanalı bildirib.
“İlkin məlumata görə, “Krokus”da terror aktı nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb”.
Qeyd olunub ki, tualet, bəslənmə və avadanlıq otaqlarında xeyli meyit tapılıb:
“Xeyli sayda meyit tualetlərdə, bəslənmə otağı və təmizləyicilərin inventar saxladığı otaqlarda – insanların atəşdən gizləndiyi yerlərdə tapılıb. Çoxları sadəcə tüstüdən boğulub, bədənlərində heç bir xəsarət olmayıb”.
Yaralananların yenilənmiş sayı barədə isə məlumat verilməyib.