Moskvada "Crocus City Hall" konsert kompleksində baş verən terror aktında ölənlərin sayı artıb.
NUHÇIXAN-ın məlumatına görə, Rusiya İstintaq Komitəsi “Crocus City Hall”da terror aktı nəticəsində ölənlərin sayının 115 nəfərə çatdığını açıqlayıb.
Bildirilib ki, dağıntıları təmizləyərkən fövqəladə hallar xidmətləri daha çox meyit aşkarlayıb.