Rusiya kəşfiyyatı terrorla bağlı ABŞ-dən məlumat aldığını təsdiqləyib

A- A A+

Rusiya xüsusi xidmət orqanları ABŞ-dən terror aktının hazırlanması barədə, həqiqətən məlumat alıb.

NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya kəşfiyyat xidmətlərindəki mənbə bildirib.

Qeyd olunub ki, bu məlumat ümumi xarakter daşıyıb: “Belə məlumatlar olub, amma konkret heç nə olmayıb”.

Məlumata görə, ABŞ Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Eydrien Uotson (Adrienne Watson) cümə günü bildirib ki, mart ayında ABŞ hökuməti Moskvada gözlənilən terror aktı ilə bağlı xəbərdarlıq edib.

Qeyd olunub ki, bu terror aktı kütləvi toplantılar, o cümlədən konsert keçirilən ərazilərdə ola bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: