Almaniya İŞİD tərəfindən böyük təhlükə ilə üzləşib.
NUHÇIXAN xəbər verir ki, bu barədə ölkənin federal daxili işlər naziri Nensi Fazer “Süddeutschen Zeitung” qəzetinə müsahibəsində məlumat verib.
Nazir bildirib ki, söhbət İŞİD –in regional qolu - “İslam Dövləti-Xorasan”dan gedir. Nensi Fazer deyib ki, təhlükə hələ də aktualdır.
Qərb ölkələri “İslam Dövləti-Xorasan” qruplaşmasını “Crocus City Hall”da baş verən terroru törətməkdə şübhəli bilirlər.