Riyaziyyatçı Mişel Talaqran Abel mükafatına layiq görülüb

A- A A+

Fransanın Milli Elmi Araşdırmalar Mərkəzinin əməkdaşı olan fransız Mişel Talaqran riyaziyyat üzrə Norveçin Abel mükafatına layiq görülüb.

NUHÇIXAN xəbər verir ki, 2002-ci ildə təsis edilən və Norveç riyaziyyatçısı Nils Henrik Abelin adını daşıyan Abel mükafatı (Abel Prize) hər il Osloda Norveç Elmlər və Ədəbiyyat Akademiyası tərəfindən müasir dövrün görkəmli riyaziyyatçılarına verilir. Mükafat təxminən 700 min dollardır.

Mişel Talaqran, stoxastik proseslərin daha proqnozlaşdırıla bilən olmasına imkan verən və öz növbəsində fizika və statistika kimi sahələrdə istifadə edilə bilən düsturlar hazırlamağa müvəffəq olub.

ABŞ-dakı Prinston Universitetinin riyaziyyatçısı Assaf Naor Britaniyanın “Nature” jurnalına Talaqranın işinin əhəmiyyətini qiymətləndirməyin çətin olduğunu deyib: “Demək olar ki, hər gün onun düsturlarından istifadə edən elmi məqalələr dərc edirik”.

Mükafata layiq görülmək Talaqran üçün tamamilə sürpriz olub.

"Ən azı dörd saniyə ərzində başımda tam boşluq yarandı. Mənə yadplanetlilərlə dolu gəminin Ağ evin qarşısında yerə endiyini desəydilər, bəlkə yenə bu qədər təəccüblənməzdim” – alim bildirib.

Mişel Talaqran ehtimal nəzəriyyəsi və təsadüfi proseslər üzrə ixtisaslaşıb. O, təsadüflə idarə olunan hadisələrin riyazi modellərini inkişaf etdirməklə məşğuldur.

Talaqran ən çox “bərabərsizlikləri” - təsadüfi proseslərin bu və ya digər istiqamətdə nə qədər dəyişə və tərəddüd edə biləcəyinə dair məhdudiyyətləri müəyyənləşdirən bir sıra düsturları ilə tanınır. Onun sözlərinə görə, apardığı tədqiqat həyatda ən çox qürur duyduğu riyaziyyat elminə töhfədir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: