Peskov: Putinlə görüşdə terror hücumu zərərçəkənlərinə dəstək məsələsi müzakirə olunacaq

A- A A+

Rusiya Prezidenti Vladimir Putinin “Crocus City Hall”da baş vermiş terror aktının nəticələrinə dair keçirəcəyi görüşdə əsas mövzulardan biri zərərçəkənlərə dəstək məsələsi olacaq.

NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

“Görüş məhz bu məqsədlə çağırılır və əsasən bu mövzu müzakirə olunacaq”, - Kreml nümayəndəsi deyib.

Peskov vurğulayıb ki, Putin hələlik “Crocus City Hall”da faciə baş vermiş yerə getməyi planlaşdırmır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: