Türkiyə polisi İstanbulda İŞİD-ə qarşı əməliyyat keçirib, 17 nəfər saxlanılıb

A- A A+

İstanbulda İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyatda 17 şübhəli saxlanılıb.

NUHÇIXAN Türkiyə KİV-ə istinadən xəbər verir ki, İstanbulda Respublika Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətlər üzrə İstintaq Bürosu tərəfindən aparılan araşdırmada 27 nəfərin İŞİD-ə bağlı fəaliyyət göstərdiyi müəyyən edilib.

Bundan sonra İstanbul polisi əməliyyat keçirərək 17 şübhəlini saxlayıb.

Digər şübhəlilərin tutulması üçün axtarışlar davam edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: