Avropa İttifaqı (Aİ) Şurası Gürcüstandakı Monitorinq Missiyasına yeni rəhbər təyin edib.
NUHÇIXAN xəbər verir ki, Monitorinq Missiyasının rəhbəri vəzifəsinə fransalı qadın general-mayor Bettina Boughani təyin olunub.
O, martın 21-dən dekabrın 14-dək missiyasının rəhbəri vəzifəsini icra edəcək.
Bildirilir ki, B.Boughani Fransa milli jandarmının zabitidir və bundan əvvəl BMT-də, həmçinin Fransa Daxili İşlər Nazirliyində yüksək vəzifələr tutub.