Simonyan: İrəvan və Moskva Rusiya sərhədçilərinin Ermənistan-Türkiyə sərhədindən çıxarılmasını müzakirə etmir
İrəvan və Moskva Rusiya sərhədçilərinin Ermənistan-Türkiyə sərhədindən çıxarılmasını müzakirə etmir.
NUHÇIXAN xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
O həmçinin bildirib ki, Rusiya sərhədçilərinin Zvartnots aeroportundan çıxarılması məsələsi həll olunub: “İrəvan və Moskva bunu müzakirə etmir”.
Bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan söyləmişdi ki, Rusiya sərhədçiləri bu il avqustun 1-də hava limanını tərk edəcəklər. Bu, İrəvanla Moskva arasında ziddiyyətləri daha da dərinləşdirmişdi.