Serbiya Prezidenti Vuçiç ölkəsinin çətin siyasi vəziyyətdə olduğunu bildirib

A- A A+

Serbiya geosiyasi mövqeyinə görə böyük təzyiqlərlə üzləşib. Ölkəmiz hazırda son dərəcə çətin siyasi vəziyyətdədir.

NUHÇIXAN xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.

Aleksandar Vuçiç Rusiyaya qarşı sanksiyalarda iştirak etmədiyi üçün ölkəsinin davamlı təzyiqlərə məruz qaldığını bildirib.

“Serb xalqının cavabının güclü və məsuliyyətli olacağına inanıram. Serbiyanın manevr imkanlarını məhdudlaşdırmaq istəmirəm”, - deyə o qeyd edib.

Aleksandar Vuçiç Serbiya-Kosovo münasibətlərinə toxunub, sülhün ölkəsinin əsas maraqları sırasında olduğunu vurğulayıb.

“Serbiya azadlığı ilə fəxr edən ölkədir. Serbiya uğrunda mübarizəni davam etdirəcəyəm”, - deyə ölkə başçısı bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: