Əl-Cəzirə: İsrail ordusu Qəzzada Əl-Şifa xəstəxanasını tərk edib

A- A A+

İsrail əsgərləri Fələstinin Qəzza zolağında hərbi əməliyyat keçirdikdən sonra Əş-Şifa tibb kompleksini tərk edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Məlumata görə, İsrail qoşunları təxminən iki həftə davam edən hərbi əməliyyatdan sonra Əş-Şifa tibb kompleksi və onun ətrafından tamamilə geri çəkilib.

Bildirilib ki, tibb kompleksinin binaları yandırılıb və ya yararsız hala düşüb və dağıntıların miqyası çox böyükdür. Qoşunlar çıxarıldıqdan sonra xəstəxana ərazisində və ətraf küçələrdə onlarla cəsəd tapılıb.

İsrailin Baş naziri Benyamin Netanyahu ötən gün keçirdiyi mətbuat konfransında deyib ki, hərbçilər martın 18-də Əş-Şifa tibb kompleksində başlayan əməliyyat zamanı 200-dən çox silahlı radikalı məhv ediblər. Baş nazirin sözlərinə görə, bu xəstəxana HƏMAS hərəkatının mərkəzi qərargahına çevrilmişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: