Əfqanıstanda hərbi sursatın partlaması nəticəsində 9 uşaq ölüb

A- A A+

Əfqanıstanın şərqindəki Qəzni əyalətində müharibə vaxtından qalmış hərbi sursatın partlaması nəticəsində 9 uşaq həlak olub.

NUHÇIXAN Sinxua agentliyinə istinadla xəbər verir ki, bu barədə Qəzni şəhərinin hakimiyyət orqanları məlumat yayıb. Məlumata görə, faciə əyalətin Zadran bölgəsində uşaqların ərazidə tapdıqları sursatla oynadıqları zaman baş verib.

Oxşar hadisə martın 22-də Hilmənd əyalətində də qeydə alınıb. Belə ki, əyalətin cənubunda müharibə dövründən qalmış sursatın partlaması nəticəsində üç uşaq həlak olub, daha ikisi isə yaralanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: