Tokioda mart ayı üçün rekord isti qeydə alınıb

A- A A+

Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, Tokionun mərkəzində 28,1 dərəcə isti müşahidə olunub ki, bu da 1876-cı ildən bəri mart ayı üçün ən yüksək temperatur göstəricidir.

NUHÇIXAN “The Japan Times” saytına istinadla xəbər verir ki, rekord istilər Tokionun cənubundakı Yokohama prefekturasında, ölkənin qərbindəki Yamanaşi prefekturasının Otsuki şəhərində, həmçinin cənub-qərbində yerləşən Miyazaki şəhərində müşahidə edilib. Bu temperatur hökumət orqanları tərəfindən “yay günü” kimi qeydə alınıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: