Meta şirkəti dezinformasiyanı aşkar edən proqramın fəaliyyətini dayandırır

A- A A+

Meta şirkəti yalan xəbərləri aşkar edən “CrowdTangle” proqramının fəaliyyətini avqustun 14-dən etibarən dayandıracaq.

NUHÇIXAN “Figaro”ya istinadla xəbər verir ki, “CrowdTangle” proqramı feysbuk və instaqramda yalan xəbərləri, dezinformasiyanı, zorakılığın təbliğini vaxtında aşkara çıxarmağa imkan verir. Proqramdan ən çox jurnalistlər və tədqiqatçılar istifadə edirlər.

Şirkət yeni proqram tətbiq edəcəyini bildirsə də, onun işə salınacağı vaxtı və funksionallığı barədə məlumat verməyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: