Türkiyədə Ali Məhkəmə sədri seçkilərinin 12-ci turu keçiriləcək

A- A A+

Türkiyədə Ali Məhkəmə (Yargıtay) sədri Mehmet Akarcanın 4 illik səlahiyyət müddəti başa çatdığından Akarca da daxil olmaqla üç namizədlə keçirilmiş sədr seçkilərinin 11-ci turunda heç bir namizəd mütləq səs çoxluğu əldə edə bilməyib.

NUHÇIXAN xəbər verir ki, seçki aprelində 2-də səsvermənin 12-ci turunda davam edəcək.

Sədr seçilmək üçün namizədlər Ali Məhkəmənin 348 üzvündən azı 175-nin səsini almalıdırlar ki, bu da mütləq çoxluq təşkil edir.

Aprelin 1-də keçirilmiş seçkilərin on birinci turunda Ali Məhkəməsinin sədri Akarca 85, digər hakimlər Ömər Kerkez 102, Muhsin Şentürk isə 117 səs toplayıb. Seçkidə 320 nəfər iştirak edib, verilmiş səslərdən 4-ü boş, 12-si isə etibarsız sayılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: