İranda Rask və Çabahar şəhərlərindəki polis məntəqəsinə hücum nəticəsində ölənlərin sayı 8-ə yüksəlib.
NUHÇIXAN “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə Sistan və Bəlucistan əyaləti qubernatorunun təhlükəsizlik üzrə müavini Əlirza Mərhəməti bildirib.
Onun sözlərinə görə, daha 10 polis əməkdaşı yaralanıb.
Bildirilib ki, hücumun məsuliyyətini “Ceyş əl-Adl” silahlı qruplaşması üzərinə götürüb.