Gürcüstan Kəşfiyyat Xidmətinin rəhbəri Şalva Lomidze tutduğu vəzifədən azad edilib.
NUHÇIXAN Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze sərəncam imzalayıb.
Qeyd edək ki, Ş.Lomidze sözügedən vəzifəni 2021-ci ildən tuturdu. 2012-2024-cü illərdə şöbə müdirinin birinci müavini olub.