İsrail Qəzzada humanitar dəhliz açılmasına razılıq verib

A- A A+

İsrail ABŞ prezidenti Co Baydenin çağırışından sonra Erez sərhəd-keçid məntəqəsinin humanitar dəhliz kimi istifadəsinə razılıq verib.

NUHÇIXAN-ın məlumatına görə, bu, ABŞ Prezidenti Co Baydenin adı çəkilən ölkənin hökumətinə çağırışından sonra mümkün olub.

Məntəqənin açılacağını baş nazir Benyamin Netanyahunun ofisindən də təsdiqləyiblər.

“Aşdod” limanının da yük gəmilərini qəbul etməyə başlayacağı bildirilib.

İsrail hökumətindəki mənbənin açıqlamasına görə, məqsəd bölgədəki humanitar böhranın dərinləşməsinin qarşısını almaqdır.

Bir qədər əvvəl Ağ Ev rəhbəri İsraili regiondakı humanitar böhranın qarşısını almaq, eləcə də yardım könüllülərinin təhlükəsizliyini təmin etmək üçün təcili tədbirlər görməyə çağırıb.

Qeyd edək ki, regiondakı humanitar dəhliz ötən il oktyabrın 7-dən bağlanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: