Türkiyədə İsrail kəşfiyyatı ilə əlaqədə şübhəli bilinən 8 nəfər saxlanılıb

A- A A+

Türkiyə hüquq-mühafizə orqanları İsrail kəşfiyyatı ilə əlaqədə şübhəli bilinən 8 nəfəri saxlayıb.

NUHÇIXAN “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.

“Türkiyədə İsrail kəşfiyyatının diqqət mərkəzinə düşmüş şəxslər və şirkətlər haqqında məlumatları toplayan, toplanan məlumat və sənədləri İsrail kəşfiyyat xidmətinin nümayəndələrinə ötürən şəxslərə qarşı təşkil edilən KÖSTEBEK-3 əməliyyatı çərçivəsində 8 şübhəli saxlanılıb”, - o qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: