Kosovoda əhalinin siyahıyaalınmasına başlanılıb

A- A A+

Kosovoda əhalinin növbəti siyahıyaalınması prosesinə start verilib.

NUHÇIXAN xəbər verir ki, Kosovo Statistika Agentliyinin məlumatına görə, əhalinin, ev təsərrüfatlarının və mənzillərin siyahıyaalınması aprelin 5-dən mayın 17-dək davam edəcək. Prosesə təxminən dörd min əməkdaş cəlb olunub.

Kosovo hökuməti və beynəlxalq təşkilatlar tərəfindən siyahıyaalma prosesinə ümumilikdə 12 milyon avro vəsait ayrılıb. Siyahıyaalmaya ilk dəfə olaraq Kosovonun şimalında əsasən serblərin yaşadığı bələdiyyələr də daxil edilib. Prosesdə iştirak etmək istəməyənlərə cərimələr tətbiq olunacaq.

İlkin qeyri-rəsmi nəticələr üç ay sonra açıqlanacaq. Əhalinin sayı ilə bağlı düzgün proqnoz verən vətəndaş proses çərçivəsində keçiriləcək tirajda 10 min avro mükafat qazanacaq.

Xatırladaq ki, Kosovoda sonuncu siyahıyaalma 2011-ci ildə keçirilib. 2021-ci ildə keçirilməsi planlaşdırılan siyahıyaalma isə COVID-19 epidemiyası səbəbindən təxirə salınıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: