Ermənistanda 2024-cü ilin ilk iki ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 390 az uşaq doğulub.
NUHÇIXAN xəbər verir ki, bu barədə Ermənistan Milli Statistika Xidməti məlumat yayıb.
Qeyd olunub ki, 2024-cü ilin yanvar-fevral aylarında doğulan uşaqların sayı 5 477, 2023-cü ildə 5 867 olub.
Eyni zamanda, yanvar-fevral aylarında ölənlərin sayı 371 hadisə artaraq 4914-ə çatıb.
Ermənistanda insanlar daha çox qan dövranı sistemi xəstəlikləri, onkologiya və tənəffüs sistemi xəstəliklərindən ölürlər.