Türkiyənin 4 vilayətində antiterror əməliyyatı keçirilib

A- A A+

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya ölkənin dörd vilayətində İŞİD terror təşkilatına qarşı genişmiqyaslı əməliyyatın keçirildiyini bildirib.

NUHÇIXAN xəbər verir ki, “Bozdoğan-22” kod adı altında Eskişehir, Qaziantep, Samsun və Yalova vilayətlərində keçirilən əməliyyat zamanı İŞİD-lə əlaqəsi olmaqda şübhəli bilinən 14 nəfər saxlanılıb.

Əməliyyat zamanı terror təşkilatına aid sənədlər və rəqəmsal materiallar ələ keçirilib.

Nazir ölkənin təhlükəsizliyinə töhfə verən hüquq-mühafizə orqanları əməkdaşlarına minnətdarlığını bildirib.

“Əziz millətim əmin olsun ki, son terrorçu zərərsizləşdirilənə qədər əməliyyatlarımız durmadan davam edəcək”, - deyə Yerlikaya vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: