Tərtər rayonunun düşmən tərəfindən işğal edilmiş Madagiz yaşayış məntəqəsində yerləşdirilən Ermənistan ordusunun bölmələrindən birində əsgərlər arasında kütləvi dava baş verib.
NUHÇIXAN Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, hərbi hissə üzrə növbətçi zabit Şakaryanın verdiyi məlumata əsasən, Ermənistandan olan əsgərlərlə Qarabağ erməniləri arasında dava düşüb.
Zabitlərin müdaxiləsindən sonra dayandırılan kütləvi davaya artilleriya divizionunda xidmət edən Qarabağda məskunlaşmış erməni hərbçilərin ikinci atıcı taborun yerevanlı əsgərlərini təhqir etməsi səbəb olub. Döyülən əsgərlərin dördünə tibbi yardım göstərilib. Madinyan soyadlı hərbi qulluqçu isə gözü çıxdığına görə hərbi hospitala təxliyə olunub.
Davanın səbəbkarları hərbi polisə aparılıb, faktla bağlı araşdırma başlayıb.