Aİ: İranın İsrailə hücumu regional təhlükəsizliyə təhdiddir

A- A A+

Avropa İttifaqı İranın İsrailə pilotsuz uçuş aparatları və raketlərlə hücumunu qəti şəkildə pisləyir.

NUHÇIXAN xəbər verir ki, bu barədə Aİ-nin bəyanatında deyilir.

Bəyanatda qeyd edilir ki, bu, görünməmiş eskalasiya və regional təhlükəsizliyə təhdiddir:

"Aİ İsrailin təhlükəsizliyinə sadiqliyini bir daha təsdiqləyir. Bölgədəki son dərəcə gərgin vəziyyətdə eskalasiya heç kimin marağında ola bilməz. Biz bütün tərəfləri maksimum təmkinli olmağa çağırırıq. Aİ gərginliyin azaldılması və təhlükəsizliyə tam sadiq qalır, bu məqsədlə bütün tərəflərlə sıx əlaqə saxlayır".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: