Ermənistan ordusunun qeyri-döyüş şəraitində 7 hərbçisi ölüb

A- A A+

Ermənistan ordusunun bölmələrində qeyri-döyüş şəraitində, özbaşınalıq və qanunsuzluqlar səbəbindən ölən və yaralananların sayı artmaqda davam edir.

NUHÇIXAN erməni KİV-lərinə istinadla xəbər verir ki, ötən ilin dekabr ayı ərzində qeyri-döyüş şəraitində düşmən ordusunun 7 hərbçisi həlak olub.

Hərbi qulluqçu Qor Sarkisyan naməlum şəraitdə aldığı güllə yarasından, Hayk Karamyan isə qar uçqunu nəticəsində ölüb. Eyni zamanda, yol-nəqliyyat qəzası nəticəsində 3 hərbçi də ölüb.

Dekabr ayında Ermənistan ordusunda ən qalmaqallı hadisə isə “Gümrü” aerodromunda təlim uçuşları yerinə yetirən Su-25 təyyarəsinin qəzaya uğramasıdır. Hadisə nəticəsində döyüş təyyarəsinin ekipaj üzvləri polkovnik-leytenant Armen Babayan və mayor Movses Manukyan həlak olublar.

Qəzanın səbəblərinin araşdırılmasının ləng getməsi zabitlərin yaxınlarının narazılığına səbəb olub. Sosial şəbəkələrdə təyyarənin qəzaya uğramasının texniki nasazlıq və istismara yararsız olması səbəbindən baş verdiyi barədə xəbərlər yayılıb.

Dekabrın 15 günü ərzində düşmən ordusunda qeyri-döyüş şəraitində, özbaşınalıq və qanunsuzluqlar səbəbindən ölənlərin sayı 7, yaralananların sayı isə 10 nəfərdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: