Jozep Borrell: İranın İsrailə cavab zərbəsi endirəcəyini bilirdik

A- A A+

Avropa İttifaqı (Aİ) İranın İsrailə qarşı cavab zərbəsinə hazırlaşdığını əvvəlcədən bilirdi, çünki bununla bağlı məlumat təşkilata bir neçə gün qabaq daxil olmuşdu.

NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ-nin təhlükəsizlik və xarici siyasət üzrə ali nümayəndəsi Jozep Borrell Fransanın “Le Monde” qəzetinə müsahibəsində bildirib.

“Zərbədən bir neçə gün əvvəl bizə xəbərdarlıq etmişdilər”, - o qeyd edib.

J.Borrell Aİ-nin zərbənin hazırlanması ilə bağlı xəbərin haradan alındığına aydınlıq gətirməyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: