Rusiya və İran prezidentləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

A- A A+

Rusiya və İran prezidentləri Vladimir Putinlə İbrahim Rəisi İsrailin İranın Dəməşqdəki diplomatik missiyasına hücumundan sonra Yaxın Şərqdə vəziyyətin gərginləşməsini müzakirə ediblər.

NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

V.Putin İran və İsrailin təmkinli davranacağına və qarşıdurmanın yeni mərhələsinə imkan verməyəcəyinə ümid etdiyini bildirib.

İ.Rəisi isə deyib ki, İran münaqişənin daha da gərginləşməsində maraqlı deyil.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: