Yaponiyanın Dəniz Özünümüdafiə Qüvvələrinə məxsus iki SH60K hərbi helikopterinin qəzaya uğraması nəticəsində bir nəfər ölüb, yeddi nəfər itkin düşüb.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə ölkənin müdafiə naziri Minoru Kihara mətbuat konfransında bildirib.
Helikopterlər İzu adaları ərazisində patrul təlimlərində iştirak ediblər. Aprelin 20-də, şənbə günü axşam saatlarında onlarla əlaqə kəsilib. Hər helikopterin göyərtəsində dörd heyət üzvü olub.
Qəzanın səbəbləri araşdırılır.