İsrail hərbi kəşfiyyatının rəhbəri istefa verib

A- A A+

İsrailin hərbi kəşfiyyat idarəsinin rəhbəri Aharon Haliva istefa verib.

NUHÇIXAN  TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Hərbi kəşfiyyat idarəsinin rəisi general-mayor Aharon Haliva Baş qərargah rəisi ilə razılaşaraq, 2023-cü ilin 7 oktyabr hadisələrinə görə məsuliyyət daşıdığı üçün istefa verib”, - məlumatda qeyd edilib.

Bildirilib ki, İsrailin müdafiə naziri Yoav Qalant onun istefasını qəbul edib. A.Haliva onu əvəzləyəcək şəxs təyin edildikdən sonra fəaliyyətini dayandıracaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: