İsrailin Livana PUA zərbəsi nəticəsində səhra komandiri öldürülüb

A- A A+

İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) Livanın cənubunda "İslam Müqaviməti" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Məlumata görə, hücum Beyrutdan 50 km məsafədə Zəhrani ərazisində magistral yolda baş verib.

Bildirilib ki, həlak olan səhra komandirinin şəxsiyyəti bəlli deyil.

Qeyd edilib ki, ölən şəxsin "Hizbullah"a, yoxsa HƏMAS-a mənsub olduğu hələlik məlum deyil.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: